Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 46 min 763 ədəd elektrik enerjisi sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 796,61 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,7 dəfə çoxdur) 15 min 446 ədəd (+5 dəfə) və Türkiyədən 268,45 min ABŞ dolları dəyərində (-4 %) 31 min 317 ədəd (+43,5 %) cihaz alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın (13 ölkədən) idxal etdiyi 283 min 713 ədəd elektrik sayğacın 62 %-i Türkiyənin, 37,6 %-i Çinin payına düşüb.