Azərbaycanın 2024-cü ildə bəyan edilmiş qaz idxalı 546 milyon 819,58 min kubmetr təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin göstəricisindən 4,3 dəfə azdır.
Hesabat ilində Azərbaycana idxal olunan qazın dəyəri 2023-cü illə müqayisədə 4,2 dəfə azalaraq 86 milyon 988,38 min ABŞ dolları təşkil edib.
Statistik məlumatlara görə, qaz idxalının ümumi həcmində Türkmənistandan 60 milyon 775,76 min ABŞ dolları dəyərində 405 milyon 171,73 min kubmetr qaz tədarük edilib. 2023-cü illə müqayisədə tədarüklər kəmiyyət ifadəsində 3,8 dəfə, dəyər ifadəsində 1,5 dəfə azalıb.
Rusiyadan qaz idxalı 26 milyon 204,85 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr həcmində bəyan edilib. Bu, 2023-cü ilin göstəricisindən kəmiyyət ifadəsində 5,7 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə azdır.