Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 1200 dollardan aşağı qalmaqdadır.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1161,6 dollar (-1,2 %) səviyyəsində başlayıb. Daha sonra “mavi yanacağ”ın qiyməti 1183,9 dollar (+0,7 %) təşkil edib. Ötən gün təbii qazın qiyməti 1000 kubmetr üçün 1 175,8 dollar təşkil edirdi.