Avropada təbii qazın qiyməti 1,6 % düşüb

Avropada qazın min kubmetrinin qiyməti 1 580 ABŞ dolları ətrafında dəyişir.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın noyabr fyuçerslərinin qiyməti 1,6 % düşüb. Dinamika ötən ticarət günü qeydə alınmış qiymətlə (min kubmetr üçün 1 606,7 dollar) müqayisədə hesablanır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40