Avropada təbii qaz fyuçerslərinin qiyməti 1 200 dolları ötüb

Ardıcıl bir neçə gün ucuzlaşdıqdan sonra Avropada təbii qaz fyuçerslərinin qiyməti bir qədər artıb və min kubmetr üçün 1 200 ABŞ dollarını ötüb.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti günə 1 230 ABŞ dolları ilə başlayıb. Daha sonra qiymət artımı sürətlənib. Hazırda qiymət maksimumu 1 267,8 ABŞ dolları təşkil edir, bu isə dünənki 1 167,8 ABŞ dollarından 8% yuxarıdır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 22 oktyabr, 2026 / 09:59