Avropada təbii qaz 4%-dən çox ucuzlaşıb

Avropada təbii qazın qiyməti həftənin son ticarət günündə 4,4% düşüb.

"Report"un məlumatına görə, bunu "ICE London" Fond Birjasının məlumatları göstərir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 750,5 dollar (-5%) səviyyəsində ticarətə başlayıb. Daha sonra onların dəyəri 755,6 dollar (-4,4%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 790 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.

Digər xəbərlər

SOCAR neftçiləri təbrik edib 18 sentyabr, 2026 / 20:57