Avropada təbii qazın qiyməti 8%-dək düşüb

Avropada təbii qazın birja qiymətləri 8%-dək düşüb və hazırda min kubmetr üçün qiymət 1 800 dollardan aşağı qalmaqdadır.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti günə 1 858 ABŞ dolları (- 4,3 %) ilə başlayıb. Daha sonra qiymət daha 7,8 % düşüb və 1 790 dollara təşkil edib. Müqayisə cümə günü qeydə alınmış qiymətə (min kubmetr üçün 1941,8 dollar) əsasən aparılır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40