Londonun ICE birjasında təbii qazın min kubmetrinin qiyməti 955 ABŞ dollarına çatıb.
“Report” “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın iyul fyuçerslərinin qiyməti günə 947 dollarla başlayıb. Bir neçə dəqiqə sonra 935 dollara düşən qiymət sonra artaraq 955 dollaradək yüksəlib.