AK 2026-cı ilin əvvəlində Rusiyadan neft tədarükünü qadağan edən qanun layihəsi irəli sürməyi planlaşdırır

Avropa Komissiyası (AK) 2026-cı ilin əvvəlində Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya neftini almasını qadağan edən qanun layihəsi irəli sürməyi planlaşdırır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.

"Biz gələn ilin əvvəlində Rusiya neftinin qalan həcmlərinin idxalının qadağan edilməsi ilə bağlı qanun layihəsi irəli sürəcəyik", - D.Yorgensen jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, çox vacibdir:

"Baxmayaraq ki, biz hazırda (Rusiyadan – red.) neftdən çox qaz idxal edirik. Biz Rusiyanın enerji resurslarının idxalından tamamilə imtina etmək istəyirik və bu, gələn ilin əvvəlində baş verəcək".

D.Yorgensen əlavə edib ki, dekabrın 15-də Aİ ölkələrinin energetika nazirlərinin görüşündə Rusiya qazının tədarükündən imtina məsələsi də müzakirə olunacaq:

"Biz, bu yaxınlarda əldə edilmiş vacib sazişi ən yaxşı şəkildə necə həyata keçirə biləcəyimizi müzakirə edəcəyik. Bu isə o deməkdir ki, nəhayət, Rusiya qazının idxalını qadağan edəcəyik. Bu da Rusiyaya çox aydın bir siqnaldır".

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39