AÇG-nin dərin hissələrində qaz hasilatına 2026-cı ildə başlanılacaq - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 10:40-da verilib

Bakı. 1 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin hissələrində ilk qaz hasilatına 2026-cı ildə başlanması gözlənilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edib.

Onun sözlərinə görə, AÇG-nin dərin hissələrində qaz ehtiyatlarının həcmi 280 mlrd. kubmetr miqdarında qiymətləndirilir.

***

N.Əliyev jurnalistlərə açıqlamasında bu ehtiyatla buradan ildə 3-5 mlrd. kubmetr qaz hasilatının gözlənildiyini bildirib.

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00