Son üç il ərzində Azərbaycanda yazılmış elmi məqalələrin keyfiyyəti xeyli artıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Bakı Dövlət Universitetində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan elmi dünya elminə böyük töhfələr verib:
"Yəqin bundan sonra da davam edəcək. Son üç il ərzində yazılmış elmi məqalələrin keyfiyyəti xeyli artıb".