Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Elm və Təhsil NAzirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Digər xəbərlər