Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunub

Ağdam Dövlət Sosial İqtisad Kollecinin yaradılmasının 100 illiyi qeyd edilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən kollecin direktoru Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 1925-ci ildə təsis edilən Ağdam Kənd Təsərrüfatı Texnikumunun hüquqi varisi olduğunu bildirib.

Onun sözlərinə görə, Ağdamın 1993-cü ildə işğal olunmasından sonra texnikum öz fəaliyyətini Ağcabədi rayonu 11 saylı orta məktəbin bazasında davam etdirib. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradılıb. Qeyd olunub ki, Təhsil Nazirliyinin 2008-ci il tarixli məktubuna əsasən, kollec Ağdamın Quzanlı qəsəbəsinə köçürülüb.

Bildirilib ki, hazırda kollecdə 1332 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 117 pedaqoq, 60 texniki işçi məşğul olur.

Digər xəbərlər