Bakı. 7 avqust. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla 154 məzun qızıl, 31-i isə gümüş medalla təltif olunub.
Qızıl və gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.