PISA 2025-in nəticələri sentyabrın 8-də açıqlanacaq

PISA 2025 tədqiqatının nəticələri 8 sentyabr 2026-cı il tarixində açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.

O bildirib ki, Azərbaycan 2029-cu ildə keçiriləcək növbəti PISA beynəlxalq qiymətləndirmə tədqiqatında da iştirak edəcək: "Azərbaycanın PISA-2029-da iştirakı ilə bağlı artıq müvafiq müqavilə bağlanıb və rəsmi müraciət edilib. 2025-ci ildə keçirilən PISA tədqiqatında 91 ölkə iştirak edib. 2029-cu ildə isə iştirakçıların sayının təxminən 100-ə çatacağı gözlənilir".

Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları gündəlik həyatda, eləcə də gələcək təhsil və əmək fəaliyyətində tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq tədqiqatdır.

Digər xəbərlər