Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:
"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir".