Gənclərin gələcəyi təhsildən asılıdır.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda, 151 nömrəli tam orta məktəbdə keçirilən 15 sentyabr - Bilik Günü tədbirində deyib.
Onun sözlərinə görə, bu il birinci sinfə qədəm qoyacaq şagirdlərin "Konstitusiya və Suverenlik İlində" məktəbə başlamaları xüsusilə qürurvericidir:
"Bu, onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar".