Yeni tədris ilindən “TəhsilPlus” kartı mərhələli şəkildə müəllimlərə veriləcək.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “TəhsilPlus” kartının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, kart təhsilverənlərin rifahının artırılmasına səbəb olacaq:
“Bu, müəllim nüfuzunun artırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək”.