Mədəniyyət Nazirliyi musiqi məktəblərinə işə qəbulla bağlı DİM-ə müraciət edib

"Dövlət İmtahan Mərkəzinə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarını keçirməsi ilə bağlı müraciət daxil olub".

"Report" xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, nazirlik mərkəzə bununla bağlı sifariş göndərib: "Hazırda işçi qrupu yaradılıb, müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Baza da yaradılıb və yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik".

Xəbər lenti

Fransada deputat intihar edib 7 iyul, 2025 / 22:22