Kamran İmanov: Süni intellektlə bağlı əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişiklik edilməlidir

Süni intellektlə bağlı əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişiklik edilməlidir.

"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 9-da Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfrans çərçivəsindəki brifinqdə deyib.

Onun sözlərinə görə, süni intellektin əqli mülkiyyətə böyük təsiri var:

"Çünki əqli mülkiyyətlə bağlı hüquqi pozuntuları yaradır. Süni intellekt müəllif, ixtiraçı ola bilər? O, insanla yarışa girir, yoxsa nailiyyətlər qazanması üçün çalışır? Süni intellekt əqli mülkiyyət subyektidirmi? Əgər yeniliyi süni intellektlə insan birgə edirsə, onda müəllif hüququ problemlər ortaya çıxır. Məsələ burasındadır ki, süni intellekt hüquq subyekti də ola bilməz. Bunun üçün beynəlxalq hüquq dəyişməlidir".

K.İmanov həmçinin bildirib ki, Azərbaycanda süni intellektlə bağlı məsələlər diqqət mərkəzindədir:

"Ölkədə süni intellekt strategiyasının təsdiqlənməsi, Süni İntellekt Akademiyasının yaradılması buna bariz nümunədir. Ona görə də belə bir şəraitdə əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişikliklər edilməsi zəruridir".

Digər xəbərlər