Çingiz Abdullayevin kitabı Fransada işıq üzü görüb - FOTO

Fransanın Strasburq şəhərində yerləşən "Kəpəz" nəşriyyat evində Çingiz Abdullayevin "Şübhəsiz metamorfoza" kitabı fransız dilində çapa hazırlanıb.

"Report"un Fransa bürosu xəbər verir ki, kitabın təqdimatı 18 may tarixində Strasburq şəhərində baş tutacaq.

Azərbaycan yazıçısının kitabının çoxsaylı nüsxələri Fransa Milli Kitabxanasına hədiyyə ediləcək. Fransalı oxucular milli kitabxananın filialları vasitəsilə istənilən şəhərdə kitabı sifariş edərək əldə edib oxuya biləcəklər. Kitab, həmçinin, Fransanın çoxlu sayda kitab mağazalarında da satılacaq.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50