Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

"Report" xəbər verir ki, proses dekabrın 4-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Digər xəbərlər