Azərbaycanda hibrid təhsil modeli tətbiq edilən məktəblərin sayı 48-ə çatdırılacaq

Ötən tədris ilində 8 təhsil müəssisəsində hibrid təhsil modeli tətbiq edilib.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:

"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən belə məktəblərin sayı 48-ə çatdırılacaq".

Digər xəbərlər