AMEA-nın arxivində "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması və tərcüməsi aşkarlanıb

Milli Elmlər Akademiyasının (AMEA) arxivində "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması və tərcüməsi aşkar olunub.

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

N.Məmmədli bu tapıntını böyük elmi hadisə kimi qiymətləndirib:

"Bu, ərəb qrafikasından Azərbaycan dilinə ilk birbaşa tərcümə olaraq böyük elmi hadisədir".

Digər xəbərlər