Zəfərin 5-ci ildönümü münasibətilə ölkədə 174 minə yaxın ağac və kol əkilib

Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü münasibətilə ölkənin 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiya çərçivəsində 202,1 hektar ərazidə 173 min 752 ağac və kol əkilib.

Əkilən ağacların 76 min 578-i (44,1%) meşə ağacı, 65 min 635-i (37,8%) dekorativ kollar, 31 min 539-u (18,2%) isə meyvə ağacları olub.

Bununla Bakı şəhərində 28 min 670 (16,5%), Naxçıvanda 14 min 793 (8,5%), digər şəhər və rayonlarda isə 130 min 289 (75%) ağac əkilib.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22