"Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində Qaranohur gölünə yürüş təşkil olunub

Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən Qaranohur gölünə piyada yürüş keçirilib.

Bu barədə "Report"a Alpinizm Federasiyasından bildirilib.

Yürüşdə federasiyanın, ETSN-in, dövlət və özəl sektorun nümayəndələri olmaqla 22 nəfər iştirak edib. Yürüş zamanı milli park əməkdaşları tərəfindən iştirakçılara ərazinin flora və faunası haqqında məlumat verilib.

"Azərbaycanı kəşf et" təşəbbüsü Azərbaycanın təbiət guşələrinin tanıdılması, dağ yürüşlərinə marağın artırılması və ekoloji maarifləndirmənin gücləndirilməsinə xidmət edir.

Digər xəbərlər