Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər (ETSN) və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, bu barədə ETSN məlumat yayıb.

Aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun nümayəndələrinin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58