Zaqatalada intensiv yağışlar nəticəsində 200 hektaradək ərazi su altında qalıb

Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.

Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.

Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Zaqatala Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38