Yaşıllıq salınması üçün faydalı bitki növləri ETSN tərəfindən müəyyən ediləcək

Bakı. 28 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Yaşıllıqların bərpası Qaydası”na dəyişiklik edib.

“Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək.

Digər xəbərlər

Şahdağa qar yağır - Faktiki hava 20 noyabr, 2026 / 10:11
Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52