Xocalıda ağacəkmə aksiyası keçirilib

Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası baş tutub.

"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər" həftəsi çərçivəsində Qarabağa səfər edənlərin iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ballca-Vəngli yolunun sağ istiqamətində ayrılan xüsusi sahədə müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, sözügedən layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37