Xidmət rəisi: "Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır"

“Meteorologiya xidmətlərinin əməkdaşlığının hüquqi cəhətdən nizamlanması məqsədilə hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanmalıdır”.

“Report”un məlumatına görə, bu təkliflə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda çıxış edib.

Xidmət rəisi bildirib ki, meteoroloji məlumat, həmçinin bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə türk dövlətlərinin meteorologiya xidmətlərinin birgə istifadəsi məqsədilə internet saytı yaradılmalıdır:

“Paris Sazişinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ölkələrimizdə təkmilləşdirilmiş şəffaflıq formatına uyğun monitorinq, hesabatlılıq və yoxlama (ÖHY- MRV) sisteminin qurulması üzrə təcrübə mübadiləsi təşkil edilməli, istilik effekti yaradan qazların (İEYQ) inventarlaşdırılması, mitiqasiya və adaptasiya tədbirlərinin modelləşdirilməsi üzrə birgə təlimlər keçirilməli, müsbət təcrübənin bölüşülməsi məqsədilə elmi-texniki məlumatların, müvafiq təhsil proqramlar təkmilləşdirilməli, habelə birgə konfrans və simpoziumlar təşkil edilməlidir”.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24