Badamdardakı sürüşmənin səbəbi açıqlanıb

“Hazırda mütəxəssislər Badamdar yolunun 7 km-nə gedən yolun sağ yamacında baş verən sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparır”.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb:

“Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır və yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşı tərəfində artıq bəzi dağıntılar baş verib”.

Xidmət rəisi qeyd edib ki, ilkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə dayanıqlığını itirib:

“Nəticədə süxur aşağı sürüşüb. Süxurlar göründüyü qədər islanmış süxurlardır. İlkin müşahidələrə görə süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34