​ÜST: İqlim dəyişiklikləri hər il 250 min nəfərin həyatına son qoyacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Dünyada 15 ildən sonra iqlim dəyişiklikləri nəticəsində hər il 250 min nəfər həyatını itirəcək. 

"Report"un BMT-nin Xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Parisdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iqlim dəyişiklərinin insan sağlamlığına təsirinə həsr edilmiş konfransında bildirilib.

Əsas ölüm səbəbləri kimi malyariya, günvurma və lazımi qidalanmama göstərilib. Belə ki, istiləşmə və rütubətliliyin çoxalması xəstəlik daşıyıcıları olan həşəratlarım çoxalmasına gətirib çıxaracaq.

Quraqlıq, leysan yağışları və havanın yüksək temperaturu nəticəsində tarlalarda məhsul məhv olacaq və bu da aclığa səbəb olacaq.

2015-ci ilin dekabrında İqlim dəyişiklikliyi üzrə Paris konfransında qəbul edilmiş razılaşma iqlim dəyişikliklərinə adaptasiya üzrə tədbirləri nəzərdə tutur. Bunlar sırasında əhalinin sağlamlığının ciddi iqlim dəyişikliklərinin nəticələrindən qorunmasına dair plan da var.  

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02