Araz çayında balıqların sayı artıb

Araz çayının İmişli rayonundan keçən hissəsində bu mövsüm balıqların sayında artım müşahidə olunur.

"Report"un Muğan bürosu xəbər verir ki, həvəskar balıqçılar bu il çayda müxtəlif növ iriçəkili balıqlara daha çox rast gəlindiyini bildirirlər.

Balıqçılar bu artımı Araz çayında suyun səviyyəsinin yüksəlməsi ilə əlaqələndirirlər.

Onların sözlərinə görə, daşqınlar zamanı çaya qarışan lil və palçıq da balıqların tələf olmasına səbəb ola bilər. Balıqçılar hesab edirlər ki, su ehtiyatlarının qorunması, çay qollarının təmizlənməsi və balıqların mühafizəsi istiqamətində tədbirlərin görülməsi Arazda balıq ehtiyatlarının artmasına müsbət təsir göstərər.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38