Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava

Ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.

Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34