Bakıya bir ayın yağıntısı bir gündə yağıb

Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

“Hazırda bəzi yerlərdə arabir də olsa, qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 23 dekabr, 2025 / 13:01
Bəzi yerlərdə yağış yağacaq 21 dekabr, 2025 / 12:21
Sabah hava yağmursuz keçəcək 18 dekabr, 2025 / 12:13
Sabah hava yağmursuz keçəcək 17 dekabr, 2025 / 12:40