Türkiyənin 19 vilayətində qar səbəbi ilə dərslərə fasilə verilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb.

Çorum, Samsun, Sivas, Tokat, Kastamonu, Karabük, Hakkari, Bolu, Düzce, Karaman, Nevşehir, Yozqat, Erzerum, Giresun, Rize, Ordu, Sakarya, Samsun, Kocaeli vilayətlərində təhsil müəssisələri bir və ya iki gün işləməyəcək.

İstanbulda da bu gün məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02