Tullantı sularının tənzimlənməsi və təkrar istifadəsi ekspertizadan keçiriləcək

Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqqında qərarın izahını verib.

Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bu Qərara əsasən, hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda tullantı suların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02