SPECA Şəhərlər Forumu təşkil ediləcək

Regional səviyyədə yeni bir platformanın – SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Şəhərlər Forumunun təşkil edilməsi istiqamətində addımlar atılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu forum BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramıdır:

"Burada beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan iştirak edir. COP29 çərçivəsində şəhərlərin çoxsaylı niyyət bəyanatları imzalanıb və bu forumun yaradılması razılaşdırılıb. Məqsəd SPECA çərçivəsində iqlimə həssas, ağıllı şəhərlər forumu yaratmaqdır".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37