Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər təmiz su istehsal edildiyi açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər dəniz suyunun duzsuzlaşdırılması, yəni nə qədər təmiz su istehsal olunması açıqlanıb.

"Report"un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiətin Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, 2013-cü ildən bugünədək Xəzər Dənizinin Suyunun Duzsuzlaşdırılması Kompleksi 3 894 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kubmetr həcmində təmiz su istehsal olunub. 

O bildirib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb: "Burada 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir".

Şöbə müdirinin sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02