Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib

Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın evsahiblik etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə məlumat verib.

"Biz Azərbaycana 2026-cı il Ümumdünya Ətraf Mühit Gününü yüksək səviyyədə təşkil etdiyinə görə xüsusi təşəkkürümüzü bildiririk. Bu tədbir vizyonun, fədakarlığın və kollektiv fəaliyyətin gücünün sübutudur və gələcək ev sahibləri üçün yüksək standart yaradır".

Qeyd edək ki, 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi Azərbaycandan Serbiyaya keçib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02