Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb

İran avqustun 12-də Xəzəryanı ölkələrin sammitinə ev sahibliyi etməyə ümid edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cokar Astanada keçirilən regional ekoloji sammitdə çıxışı zamanı bildirib.

Diplomat regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, İran tərəfinin bu tədbirə ev sahibliyi edə biləcəyinə ümidvar olduğunu deyib.

"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqust - red.) və eyni zamanda Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq", - o qeyd edib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20