Salyanda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib - YENİLƏNİB

Video əlavə olunub

Salyan rayonunda yerləşən Şirvan kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.

"Report" xəbər verir ki, reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balıqçılar ittifaqı ilə birlikdə təşkil olunub.

Aksiyanın məqsədi sintetik torlar vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.

3 saylı regional ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli "Report"a bildirib ki, reydlər davam etdiriləcək: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Balıqçılar İttifaqı ilə birgə Baş Şirvan kollektorunun Xəzər dənizinin mənsəbində brokonyerliyə qarşı kollektor hövzəsində quraşdırılmış qanunsuz balıqovlama alətlərinin demontaj edilməsi ilə bağlı tədbirlərə başlamışıq. Üzü Salyan yolu istiqamətində tədbirlərimiz davam etdiriləcək".

Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə "Report"a deyib ki, yaz qabağı balıqların kürütökmə mövsümünə hazırlıq getdiyinə görə ETSN ilə birgə Şirvan kollektorunda qanunsuz balıq ovuyla məşğul olan, burada qurulan qanunsuz alətləri aşkarlanaraq məhv ediləcək: "Azərbaycanın təbiətini, dənizini qorumaq onun sərhəddini qorumaq kimidir. Bu işlər Azərbaycanın gələcəkdə bioresuslarının artmasına böyük yardım edək. Gələcək nəsillər də bunun səmərəsini görsün".

Qeyd edək ki, balıqçılar milli parkın yaxınlığından keçən baş Şirvan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə brokonyerliklə mübarizə aparırlar.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34