Salyan şossesində 500 yeni ağac əkilib

Bakının Qaradağ rayonunda, Salyan şossesi boyunca 500 yeni ağac əkilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ağacəkmə aksiyası BŞİH və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilib. Aksiyada Bakı şəhəri icra hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənib və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ­­­500 yeni ağac əkilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20