Sabah Bakıda sulu qar yağacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, gecəyə doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Digər xəbərlər

Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20
Sabah rayonlara yağış yağacaq 29 sentyabr, 2026 / 12:43