ETSN: "Balıqların su hövzələrinə buraxılması azad olunan ərazilərdə də davam etdiriləcək"

Balıqların su hövzələrinə buraxılması işləri işğaldan azad olunan ərazilərdə də davam etdiriləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev "Report"un Qərb bürosuna verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər 2 milyondan çox müxtəlif növ balıq Azərbaycanın daxili su hövzələrinə, həmçinin Xəzər dənizinə buraxılacaq.

Mühitə uyğun nəzərdə tutulan bu balıqların su hövzələrinə buraxılması Azərbaycanda bioloji resursların artırılması məqsədi daşıyır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34