Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ov edən şəxs cərimələnib

Bakı. 25 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.

Qanun pozuntusu cinayət xarakterli olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Daxili İşlər Nazirliyi Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinə göndərilib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24