Qazaxıstan Xəzərin qorunması ilə bağlı dövlətlərarası proqrama start verib

Qazaxıstan Xəzər dənizinin su ehtiyatlarının qorunması ilə bağlı dövlətlərarası proqram üzərində işə başlayıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ekologiya və təbii ehtiyatlar naziri Yerlan Nısanbayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Xəzəryanı dövlətlərlə birgə iş aparılır.

Nazir qeyd edib ki, regionun ekoloji problemlərini öyrənmək üçün prezidentin təşəbbüsü ilə Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Bundan başqa, Aral dənizi təcrübəsi əsasında qurumuş ərazilərdə meşə zolaqlarının yaradılması istiqamətində tədbirlər görülür.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24