Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmətdən “Report”a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34