Prezidentin köməkçisi BMT rəsmisi ilə Ermənistanın ekoloji ziyanını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin direktoru Bruno Pozzi ilə Ermənistanın 30 il davam etmiş hərbi işğalının Azərbaycana vurduğu ekoloji ziyanın nəticələrini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

“Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik. Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24